“Qəbələ”nin baş məşqçisi istefa ərizəsini yazdı
Bizi izləyin

İdman

“Qəbələ”nin baş məşqçisi istefa ərizəsini yazdı

Son günlər Premyer Liqada işləri yaxşı getməyən "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu istefa verib.

Rumın çalışdırıcı istefa ərizəsini yazsa da, onun gedib-getməyəcəyi bu gün klub prezidenti Tale Heydərovla görüşündən sonra dəqiqləşəcək.

Məsələyə aydınlıq gətirmək üçün “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

Publika.az-a danışan klub rəsmisi təzminat məsələsinə də aydınlıq gətirdi:

“Muntyanu istefa ərizəsini təqdim edib. Gün ərzində bununla bağlı qərar qəbul ediləcək, o zaman dəqiq məlumat verəcəyik. Təzminat məsələsinə gəlincə, rumın mütəxəssis istefa ərizəsini öz xoşuyla təqdim edib. Düşünmürəm ki, hansısa problem yaransın”.

Qeyd edək ki, Dorinel Muntyanu "Qəbələ"yə yayda Yuri Syominin komandadan getməsindən sonra baş məşqçi təyin olunmuşdu. O, klubla bir mövsümlük müqavilə bağlamışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm