Özil, hardasan?
Bizi izləyin

İdman

Özil, hardasan?

Özil, hardasan?

İngiltərənin "Arsenal" klubunun azarkeşləri etiraz aksiyasına başlayıblar.

Publika.az xəbər verir ki, fanatlar komandanın mövsümün əvvəlində transfer etdiyi Məsut Özilin sərgilədiyi futboldan narazıdırlar. Onlar narazılıqlarını bildirmək üçün orijinal üsul fikirləşiblər.

Fanatlar “Where is Özil?” (Özil, haradasan?) yazılmış karikatura hazırlayaraq, onu sosial şəbəkələrdə yaymağa başlayıblar.

Qeyd edək ki, alman yarımmüdafiəçi xüsusilə son turda, “Arsenal”ın “Liverpul”a 1:5 hesabı ilə məğlub olduğu matçda zəif təsir bağışlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm