Messi dopinq qəbul edib? - Gözlənilməz yoxlanış
Bizi izləyin

İdman

Messi dopinq qəbul edib? - Gözlənilməz yoxlanış

Dekabrın 8-də “Barselona”nın məşq bazasına gözlənilməz qonaqlar təşrif buyurub.

Publika.az xəbər verir ki, İspaniya Antidopinq Komitəsinin nümayəndələri qəflətən Kataloniya klubunun bazasında görünüblər. Onlar “Barsa”nın 5 futbolçusunu - Lionel Messi, Andres İnyesta, Xordi Alba, İvan Rakitiç və Klaudio Bravonu analiz verməyə dəvət ediblər.

Maraqlıdır ki, antidopinq komitəsinin nümayəndələri təkcə “Barselona”nın lideri Lionel Messini dopinq-tesdən keçiriblər. Messi instaqramda olaya istehzalı münasibət bildirib:

“Dopinq-test günü yoxlanışa 5 futbolçu çağırsalar da, təkcə məndən analiz götürdülər. Qəribədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm