Barda kütləvi dava - Millinin futbolçusu yaralandı
Bizi izləyin

İdman

Barda kütləvi dava - Millinin futbolçusu yaralandı

İngiltərə Premyer Liqasında çıxış edən KPR və "Kristal Pelas"ın oyunçuları qalmaqala səbəb olublar.

Publika.az xəbər verir ki, yeni il şənliyində iştirak edən futbolçular barda dava salıblar. Davanı sakitləşdirmək üçün hadisə yerinə polislər gəlib. Hadisənin şənlikdə iştirak edən qadınlardan birinin Rio Ferdinandın üzərinə içki tökməsiylə başladığı deyilir.

Davada KPR-in futbolçusu, İngiltərə millisinin də şərəfini qoruyan Stiven Kaulker başından zədə alıb. Kütləvi davada iştirak edənlərin sayının 20-yə yaxın olduğu bildirilir.

Polis dava ilə bağlı rəsmi məlumat verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm