İdman
Sərgən Yalçın AFFA-nın seçimini lağa qoydu
Türkiyənin “TRT Spor” kanalında yayımlanan “Futbol Arenası” verilişində maraqlı açıqlama verilib.
Türkiyənin tanınmış sabiq futbolçularından Sərgən Yalçın vaxtilə Superliqada oynamış əcnəbi futbolçuların karyerasını bitirdikdən sonra qardaş ölkədə məşqçilik etməsinin düzgün olmadığını deyib.
Sərgən həmçinin bu yaxınlarda Azərbaycan milli komandası ilə anlaşan Robert Prosineçkinin də adını çəkib.
Verilişdə Yalçının dedikləri belə olub:
“Aleks De Souza da karyerasını başa vurdu. Türkiyə nəhənglərindən birini ona verək, çalışdırsın. Və ya Türkiyə Futbol Federasiyasının başına Aleksi gətirək. Onsuz da Türkiyədən gedən futbolçulara öz ölkələrində iş vermirlər. Onlara heç Avropada da sahib çıxan yoxdur. Çünki komandalar normal “CV” tələb edir. Türkiyədə böyük adam dediyimiz məşqçilərin heç biri Avropada çalışa bilmir. Buna görə də yenidən Türkiyəyə qayıdırlar.
Biz Robert Prosineçkini böyük məşqçi hesab etdik. 50 komanda “biz alaq” dedi. Sonda bilirsiz hara getdi? Azərbaycan milli komandasına... Araşdırın, görün əvvəl harada çalışıb. Öz ölkəsinin klubu olan “Srvena Zvezda”da. Bu klub da 20-30 il əvvəl güclü idi. Biz sadəcə, Avropada heç kimin iş vermədiyi adamları baş məşqçi edirik. Belə məsələlərdə maraqlıyıq. Bundan əlavə Roberto Karlos Avropada iş tapsa, “Sivasspor”da çalışarmı?”
Aygün İlqarqızı
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq