Türkün əsgər salamı kürdləri ayağa qaldırdı - “Yaşasın öndərimiz Apo”
Bizi izləyin

İdman

Türkün əsgər salamı kürdləri ayağa qaldırdı - “Yaşasın öndərimiz Apo”

Türkiyə futbolunda daha bir qalmaqala səbəb olay baş verib.

Publika.az xəbər verir ki, Türkiyənin 3-cü liqa klubları arasında keçirilən "Van BB" - "Berqama Bələdiyyəspor" matçında qonaqların futbolçusunun əsgər salamı verməsi gərgin anlar yaradıb.

84-cü dəqiqədə qonaqların futbolçusu Gökhan Çetinus bərabərlik qoluna imza atıb. Bundan sonra isə sevincini əsgər salamı verərək qeyd edib.

Bu isə kürdlərin yaşadığı bölgədə - yerli vanlılarda narazılıq yaradıb. Bu hərəkətdən sonra meydan sahiblərinin futbolçuları və məşqçi heyəti futbolçuya hücum çəkiblər. Hətta olaya azarkeşlər də qarışıb.

Azarkeşlər tribunalardan "Biji Serok Apo" (Yaşasın öndərimiz Apo) və "Bura Kürdüstandır, burdan çıxış yox" şüarları səsləndiriblər.

Hadisənin daha da böyüməməsi üçün bölgə polisi olaya qarışıb, bundan sonra aranı sakitləşdirmək mümkün olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm