Prezident çıxış etdi, Maradona yatdı - VİDEO
Bizi izləyin

İdman

Prezident çıxış etdi, Maradona yatdı - VİDEO

Dieqo Maradona Venesuela prezidenti Nikolas Maduronun çıxışı zamanı yatıb.

Publika.az xəbər verir ki, Argentina futbolunun əfsanəsi Perunun müstəqilliyinə təkan vermiş həlledici Ayakuço döyüşünün 190 illiyinə həsr olunmuş mərasimə dəvət edilib. Fəxri qonaqlar üçün lojada əyləşən Maradona Venesuela prezidentinin çıxışı zamanı yuxulayıb.

Maraqlıdır ki, Maduro çıxışı zamanı Maradonadan da danışıb, onu futbolun inqilabçısı kimi təqdim edib. Lakin əfsanəvi futbolçu ünvanına deyilən komplimenti eşitməyib. Maradona yuxudan yalnız arxa tərəfində oturan şəxs onu itələyəndən sonra ayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm