Məşqçilər Komitəsindən ilk təklif gəldi
Bizi izləyin

İdman

Məşqçilər Komitəsindən ilk təklif gəldi

Bir il əvvəl AFFA-nın birinci divizionla bağlı tətbiq etdiyi limit ciddi müzakirələrə səbəb olmuş, narazılıq yaratmışdı. Belə ki, federasiya birinci divizionda 8+3 sisteminin tətbiqinə qərar vermişdi. Yəni birinci divizionda meydana çıxacaq 11 futbolçudan 8-nin yaşı 23-dən yuxarı olmamalı idi.

Bu qərar təbii olaraq, ciddi etirazlara səbəb oldu. Məsələ burasındadı ki, birinci divizion komandaları yaşı 23-dən aşağı olan futbolçu tapmaqda çətinlik çəkirdi.

Publika.az xəbər verir ki, artıq yeni mövsümdən bu limit dəyişdiriləcək. Əldə etdiyimiz məlumata görə, yeni yaradılan Məşqçilər Komitəsi AFFA rəhbərliyinə birinci diviziona tətbiq edilən limitin dəyişdirilməsini təklif edib. Təklifə görə, birinci divizionda yeni limit 6+5 şəklində olmalıdı. Yəni meydanda yaşı 23-dən çox olmayan ancaq 6 futbolçu olacaq.

Bu qərar yeni mövsümdən birinci diviziona tətbiq ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm