“İnter” Bakıya uduzmağa gəlmir
Bizi izləyin

İdman

“İnter” Bakıya uduzmağa gəlmir

"İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının son turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb.

Publika.az xəbər verir ki, italyan mütəxəssis Bakıdakı oyunun onlar üçün əhəmiyyətli olduğunu söyləyib:

"Diqqətimizi A seriyasına yönəltmişik. Amma Avropa Liqasındakı oyun da əhəmiyyətlidi, hər bir oyun kimi vacibdi. Azərbaycana nisbətən az oynayan futbolçuları aparmaqda məqsəd onlara şans verməkdi. Bir sıra futbolçuların istirahətə ehtiyacı var. Digər tərəfdən də komandadakı hər bir futbolçu meydana çıxmalıdı. Ümid edirəm ki, Bakıda futbolçularım yaxşı oyun sərgiləyəcək.

"Qarabağ" Avropanın gənc komandalarından biridi. Azərbaycan çempionuna hörmət edirik, yaxşı komandaları var. Fikrimcə, onlar bu görüşdə İtaliyadakı matçdan daha yaxşı oynayacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm