
Hollandiya mətbuatı Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "İnter" oyunundan yazıb.
Publika.az xəbər verir ki, Hollandiya mətbuatında Azərbaycan çempionu "cəllad" kimi təqdim olunub:
"Təsnifat mərhələsində hər kəs "Tvente"ni mübarizədən kənarlaşdıran "Qarabağ"ın uğuruna təəccüblənmişdi. İndi Ağdam təmsilçisi növbəti sürprizin bir addımlığındadır. Azərbaycanlılar pley-offun astanasındadır.
Düşərgəsində hollandiyalı Con Van Leon və Leroy Corcun da olduğu "ağdamlı cəlladlar" "İnter"i məğlub etməyi bacarsa, "Qarabağ" avrokubokların “yaz mövsümü”ndə iştirak edən ilk Azərbaycan klubu olacaq".