Anşlaq gözlənilir - “Yürüş Sahildən başlayacaq...”
Bizi izləyin

İdman

Anşlaq gözlənilir - “Yürüş Sahildən başlayacaq...”

Dekabrın 11-də Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində baş tutacaq "Qarabağ" - "İnter" matçında anşlaq gözlənilir.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Publika.az-a verdiyi məlumata görə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında biletlər bitmək üzrədi. Belə ki, satışda 600-ə qədər bilet qalıb.

"Qarabağ" - "İnter" matçı dekabrın 11-də, saat 21:00-da baş tutacaq.

Onu da bildirək ki, “İnter”lə matçdan öncə yürüş olacaq. Bu barədə Ağdam təmsilçisinin ən böyük fan klubu - “İmarət” bəyanat yayıb.


“Dekabrın 11-də “İnter”lə oyundan əvvəl, saat 18:00-da “Sahil” metrosunun yanındakı “Sahil bağı”ndan “İçəri Şəhər” metrosu istiqamətinə “İmarət” TAYFA-nın böyük yürüşü olacaq.

Əgər qrup olaraq nəyisə qərara almışıqsa, hər kəs qatılmalıdır!”

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm