Qrup mərhələsi başa çatdı: yalnız almanlar itkisiz irəliləyir
Bizi izləyin

İdman

Qrup mərhələsi başa çatdı: yalnız almanlar itkisiz irəliləyir

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, E, F, G və H qruplarında keçirilən oyunlardan sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.

"Bavariya", "Çelsi", PSJ, "Şaxtyor", "Portu" və "Barselona"dan sonra "Şalke" və "Mançester Siti" də 1/8 finala vəsiqəni təmin edib.

Beləliklə, mübarizəni davam etdirən klublar arasında Bundesliqa təmsilçilərinin üstünlüyü diqqət çəkir. Almanların itkisiz irəlilədiyini söyləyə bilərik.

Çempionlar Liqası, 6-cı tur

10 dekabr

E qrupu

Roma - Mançester Siti 0:2

Nasri, 60. Zabaleta, 86.

Bavariya - ÇSKA 3:0

Müller, 18-p. Rode, 84. Götze, 90.

Bavariya - 15. MS - 8, Roma, ÇSKA - 5.

F qrupu

Barselona - PSJ 3:1

Messi, 19. Neymar, 41. Suares, 77 - İbrahimoviç, 15.

Ayaks - APOEL 4:0

Şön, 45-p; 50. Klaassen, 53. Milik, 74.

Barselona - 15. PSJ - 13. Ayaks - 5. APOEL - 1.

G qrupu

Çelsi - Sportinq 3:1

Fabreqas, 8-p. Şürrle, 16. Obi Mikel, 56 - Silva, 50.

Maribor - Şalke 0:1

Meyer, 62.

Çelsi - 14. Şalke - 8. Sportinq - 7. Maribor - 3.

H qrupu

Atletik - BATE 2:0

San Xose, 47. Susaeta, 88.

Portu - Şaxtyor 1:1

Abubakar, 87 - Stepanenko, 50.

Portu - 14. Şaxtyor - 9. Atletik - 7. BATE - 3.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm