Nazim Süleymanov baş məşqçi postuna gətirilir - ÖZƏL
Bizi izləyin

İdman

Nazim Süleymanov baş məşqçi postuna gətirilir - ÖZƏL

AFFA-nın dekabrın 3-də keçirilən iclasında millimizə baş məşqçi təyin olunsa da, U-21-dən ayrılan Bernhard Lippertin xələfinin adına aydınlıq gəlmədi.

Publika.az xəbər verir ki, vakant posta ən real namizəd Nazim Süleymanov göstərilir.

Bu barədə saytımıza müsahibəsində Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bildirdi. O, Süleymanova U-21-in baş məşqçi postunun təklif olunduğunu gizlətmədi.

Amma Nazim Süleymanov hələ qərarını verməyib. Buna səbəb onun Məşqçilər Komitəsində boş qalan 5-ci yerə də namizəd göstərilməsidir.

Vaqif Sadıqovun Publika.az-a geniş müsahibəsini sabah oxuya bilərsiz.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm