Qurbanov 40-ı haqladı, Sadıqov 60-a yaxınlaşdı
Bizi izləyin

İdman

Qurbanov 40-ı haqladı, Sadıqov 60-a yaxınlaşdı

2008-ci ilin yayından «Qarabağ»ın «sükanı arxasına» keçən Qurban Qurbanov beşinci mövsümdür ki, komandasını qitə miqyaslı yarışa çıxarır.

Publika.az xəbər verir ki, Ağdam klubu ilə dörd dəfə Avropa Liqasına başlayan çalışdırıcı bu mövsüm Çempionlar Liqasında da debüt etdi.

Avstriyanın «Zalsburq» komandası ilə Çempionlar Liqasının cavab matçı Qurbanov üçün «Qarabağ»da 32-ci avrokubok oyunu oldu.

«İnter»lə bu gün keçiriləcək görüş baş məşqçinin «Qarabağ»ın «sükanı arxasında» 40-cı avrokubok qarşılaşması olacaq.

«Qarabağ» Qurbanovun rəhbərliyi altında yalnız güclü, tanınan klublara uduzub. Almaniya təmsilçiləri - Dortmund «Borussiya»sı və «Ayntraxt» hərəyə iki, Hollandiya «Tvente»si, Belçika «Brügge»si, Avstriya «Zalsburq»u və İtaliya «İnter»i isə hərəsi bir dəfə ağdamlıları məğlub edə bilib. «Qarabağ»ın məğlub etdikləri arasında isə «Rusenborq», «Visla», «Tvente», «Dnepr» kimi rəqiblər olub.

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün “İnter”lə qarşılaşma avrokuboklarda keçirəcəyi 59-cu oyun olacaq. Sadıqov 50 oyun həddini arxada qoyan ilk azərbaycanlı futbolçu kimi də tarixə düşüb. O, bu oyunların 53-nü Azərbaycan, 5-ni isə Türkiyə klublarının heyətində keçirib. 58 avrokubok matçına üç klubun heyətində çıxan müdafiəçi bunlardan 35-ni “Qarabağ”, 18-ni “Neftçi”, 5-ni isə “Kayserispor”un formasında reallaşdırıb.

“Qarabağ”ın kapitanı avrokuboklarda oyun sayında Rəşad Sadiqovu bu il geridə qoyub. Belə ki, Sadiqov indiyə kimi avrokuboklarda 45 oyun keçirib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm