“Qarabağ” ilk Azərbaycan komandasıdır ki...
Bizi izləyin

İdman

“Qarabağ” ilk Azərbaycan komandasıdır ki...

«Qarabağ» avrokuboklarda 50 qol həddinə çatan ilk Azərbaycan komandasıdır.

Publika.az xəbər verir ki, cari avrokubok mövsümündə «Tvente» ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Muarem Muarem «köhlən atlar»ın yubiley qoluna imza atmışdı. Makedoniyalı futbolçu «Qarabağ»ın 51-ci qolunun da müəllifi oldu. O, «Dnepr»lə Avropa Liqasının səfərdə keçirilən qrup matçında yeganə qolu vurmuşdu.

Azərbaycan çempionunun avrokuboklardakı hələ ki, sonuncu - 53-cü qolunun müəllifi isə «Sent-Etyen»lə Fransadakı görüşdə (1:1) fərqlənən Vüqar Nadirovdur.

«Qarabağ»ın ən yaxın izləyicilərindən «Neftçi» avrokuboklarda 47, «İnter» isə 28 dəfə qol sevinci yaşayıb.

Azərbaycan klublarının avrokuboklardakı 80-ci, 90-cı, 150-ci və 170-ci qollarının müəllifləri “Qarabağ”ın futbolçuları olub. Hazırda qol sayı 184-də dayanıb. “İnter”lə oyunda 185-ci qolumuz vurula bilər. Yubiley - 200-cü qolun klublarımızdan hansının adına yazılacağı da maraqla gözlənilir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm