Leysanlı oyunlarda 7 qol vuruldu
Bizi izləyin

İdman

Leysanlı oyunlarda 7 qol vuruldu

Ötən gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.

Publika. Az-ın məlumatına görə, Ukrayna-Fransa oyunu leysan səbəbi ilə bir saat gecikdirilsə də oyun baş tutub. Matçda qollar ikinci hissədə vurulub. Fransa yığması 2:0 ilə qələbə qazanıb.

İsveç-İngiltərə millilərinin oyununda 5 qol vurulub. Oyun 3:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb.

Avropa çempionatının bu günkü oyunları eyni saatda - Bakı vaxtı ilə 23:45-də başlayacaq. Yunanıstan ilə Rusiya, Polşa ilə Çexiya yığmaları qarşılaşacaq.

Cəmi bir xalı olan Yunanıstan yığmasını bu görüşdə yalnız qələbə razı sala bilər. 4 xalla qrup lideri olan Rusiya millisini isə bir xal da kifayətdir.

Son iki oyunda meydanı heç-heçə ilə tərk edən Polşa millisi qrupdan çıxmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Polşa mübarizəni erkən dayandırmalı olacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm