ABŞ-ın ilk müsəlman qadın idmançısı: “Maska taxılması lazım olan idman növü seçdim”- FOTOLAR
Bizi izləyin

İdman

ABŞ-ın ilk müsəlman qadın idmançısı: “Maska taxılması lazım olan idman növü seçdim”- FOTOLAR

ABŞ-ın ilk müsəlman qadın idmançısı: “Maska taxılması lazım olan idman növü seçdim”

İbtihac Məhəmməd beynəlxalq turnirdə ABŞ-ı təmsil edən ilk müsəlman qadındır. Qaradərili müsəlman xanım Nyu-Cersi ştatında anadan olub. 28 yaşlı xanım idmanı sevdiyini dilə gətirib:

“Böyüdükcə yaxınlarımızın bizi sevməsini istəyirik. Dostlarımızdan geri qalmamağa çalışırıq. Lakin mən müsəlman olduğum və başımı örtdüyüm üçün dəyişiklik etməli idim.

Futbol və ya tennis oynayarkən, mənim dostlarım qısaqollu köynək və qısa şalvar geyərkən, mən uzunqollu paltarda olmalıydım. Bu isə mənim bu idmanlarla məşğul olmağıma mane olurdu. Həmçinin özümü onlardan kənarda hiss edirdim”

Müsəlman idmançı istədiyi idmanı seçməkdə ona anasının yardımçı olduğunu dilə gətirib. Bədəninin bütün hissələrinin örtülü olması üçün qılıncoynatmanı seçdiyini dilə gətirib:

“Mən maska taxılması lazım olan idman növü seçdim. Seçdiyim idman növü gözəldir. İnsanlar mənə yalnız idmançı kimi baxırlar. Müsəlman, qaradərili və ya qadın olmağım onlar üçün maraqlı deyil. Əgər qaradərili müsəlman qadının qılıncoynatma yarışlarında iştirak edə bilməyəcəyini desə idilər belə, bunu davam etdirəcəkdim”.

İbtihac Məhəmməd bütün dünyada xanımların heç vaxt başqaları tərəfindən irqi və dini ayrıseçkiliyə məruz qalmayacaqlarına ümid etdiyini bildirib.

Qeyd edək ki, İbtihac Məhəmməd qılıncoynatmaya 13 yaşında başlayıb və 2007-ci ildə ABŞ yığmasının üzvü olub. Hazırda İbtihac reytinqə görə, ABŞ-da ikinci, dünyada isə 10-cu yeri tutur.


Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm