Uğursuzluğa görə baş məşqçi və 17 futbolçu qovuldu
Bizi izləyin

İdman

Uğursuzluğa görə baş məşqçi və 17 futbolçu qovuldu

Braziliya çempionatında mövsümü 19-cu pillədə başa vuran “Botafoqo” A seriyasını tərk edib.

Publika.az xəbər verir ki, ölkənin nəhəng klublarından birinin elitayla vidalaşması rəhbərliyi radikal addımlar atmağa vadar edib.

Başda klub prezidenti Karlos Eduardo Perrera olmaqla noyabrda seçilən yeni rəhbərlik komandanı yenidən yaratmağı düşünür. Baş məşqçi Vaqner Mansini və onun köməkçiləri ilə müqaviləni artırmayan “Botafoqo” idman direktoru Vilson Qottardonu da istefaya göndərib.

17 futbolçuya isə özünə yeni klub axtarmaq tövsiyə olunub. Bu siyahıya aşağıdakı futbolçular daxildi:

Müdafiəçilər - Junior Sezar, Mario Risso, Aleks, Anderson;

Yarımmüdafiəçilər - Bolatti, Rodriqo Souto, Karlos Alberto, Ramires, Ronni, İqor;

Hücumçular - Ferreyra, Bruno Korrea, Vallison, Sevajos, Rojerio, Maykon, İqinyo.

Bununla rəhbərlik klubun xərclərini minimuma endirməyi düşünür. Hətta Braziliya millisinin qapıçısı Cefferson da klubu tərk edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm