Nazim Süleymanovun iz qoyduğu klub dağıldı
Bizi izləyin

İdman

Nazim Süleymanovun iz qoyduğu klub dağıldı

Nazim Süleymanovun iz qoyduğu klub dağıldı

"Alaniya" klubu futbol üzrə fəaliyyətini dayandırıb. Publika.az xəbər verir ki, bu barədə klubun Müşahidə Şurası qərar qəbul edib.

İflasa səbəb “RusGidro” şirkətnin “Alaniya”ya sponsorluqdan imtina etsəsi olub. Şirkət 2020-ci ilədək kluba ildə 40 milyon dollar ayırmalı olsa da, öhdəçiliyini yerinə yetirməyib. Bu səbəbdən Vladiqafqaz klubu Rusiya çempionatında iştirakını və hüquqi şəxs kimi fəaliyyətini dayandırıb. “Alaniya”nın bütün futbolçularına azad agent statusu verilib.

Qeyd edək ki, 1937-ci ildə təsis olunmuş “Alaniya” 1995-ci ildə Rusiya çempionu, 1992 və 1996-cı illərdə gümüş mükafatçı, 2011-ci ildə isə Rusiya Kubokunun finalçısı olub. Azərbaycan yığmasının sabiq futbolçusu Nazim Süleymanov 1991-1996-cı illərdə bu klubun şərəfini qoruyub. Çempionluq və vitse-çempionluqlarda onun böyük əməyi olub. Süleymanov “Alaniya”nın heyətində 142 oyuna 60 qol vurub və klub tarixində rekordçuya çevrilib.

Veteran futbolçularımızdan Arif Əsədovla Dmitri Kramarenko də Vladiqafqaz klubunda forma geyinib. Əsədov 1994 (20 oyun), Kramarenko isə 1996-1997-ci illərdə (31 oyun) bu komandanın şərəfini qoruyub.

Milli komandamızın və "Neftçi"nin sabiq baş məşqçisi Kazbek Tuayev 1974-1977-ci illərdə "Alaniya"nı çalışdırıb. "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik də 2009-cu ilin avqustundan dekabrınadək komandanın başında olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm