• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

25 yaşında klubun rekordçusu oldu

  • İdman
  • 11 Dekabr 2014 18:39
  • 385 Baxış
25 yaşında klubun rekordçusu oldu

Tomas Müller "Bavariya"nın tarixinə düşüb.

Publika.az xəbər verir ki, Müller Çempionlar Liqasının son turu çərçivəsində "Bavariya" - ÇSKA matçında (3:0) fərqlənərək, "Bavariya"nın bu turnirdə ən çox qol vuran oyunçusu olub.

25 yaşlı futbolçu oyunun 17-ci dəqiqəsində penaltidən fərqlənməklə bu turnirdəki qollarının sayını 24-ə çatdırıb.

Alman futbolçu oyundan sonra verdiyi müsahibədə matçdan öncə rekord barədə məlumatı olmadığını deyib:

"Oyuna çıxarkən vuracağım qolla rekorda imza atacağımı bilmirdim. Bu oyunda daha çox qol vura bilərdim. Çempionlar Liqasında cari mövsümün sonuna qədər qollarımın sayını artırmaq istəyirəm. Ancaq rekord haqda düşünmürəm. Sadəcə, meydana çıxıb öz işimi görürəm".

Müllerdən öncə bu rekord Mario Qomesə aid idi. 29 yaşlı futbolçu ən nüfuzlu klub turnirində münhenlilərin heyətində 23 qola imza atmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR