“Qarabağ”a qarşı haqsızlığa İspaniya mətbuatından reaksiya
Bizi izləyin

İdman

“Qarabağ”a qarşı haqsızlığa İspaniya mətbuatından reaksiya

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “İnter” oyunundakı hakim ədalətsizliyi İspaniyanın məşhur “Marka” nəşrinin də diqqətini cəlb edib.

Publika.az xəbər verir ki, oyundan dərhal sonra ispan nəşrinin rəsmi internet səhifəsində “Qarabağ” “İnter”ə qarşı oyunda haqsız olaraq yarışdan kənarlaşdırıldı” başlığı ilə xəbər dərc olunub.

“Marka” “Qarabağ”ın tarix yazmaq üçün meydanda əlindən gələni etdiyini qabardıb. Müəllif 90+4-cü dəqiqədə Azərbaycan təmsilçisinin vurduğu qolu ətraflı təsvir edir.

Həmçinin qol epizodunun fotosunun da yerləşdirildiyi materialda deyilir: “Şəkildən də gördüyünüz kimi, Riçard düzgün mövqedədi və qol hesaba alınmalı idı. Hakim yerli futbolçuların xahişlərinə məhəl qoymadı və “Qarabağ”ın Avropa xəyalı ən pis formada sona çatdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm