Avropa Liqasında səbətlər müəyyənləşdi
Bizi izləyin

İdman

Avropa Liqasında səbətlər müəyyənləşdi

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşib.

Publika.az xəbər verir ki, Avroliqanın qrup mərhələsini ilk 2 pillədə tamamlayan 24 komanda və Çempionlar Liqasındakı 8 qrupda üçüncü pillənin sahibləri növbəti mərhələyə yüksəlib.

Səpələnmişlər: "Borussiya” (Münhenqladbax, Almaniya), "Brügge” (Belçika), "Beşiktaş” (Türkiyə), "Zalsburq” (Avstriya), "Dinamo” (Moskva, Rusiya), "İnter” (İtaliya), "Feyenoord” (Hollandiya), "Everton” (İngiltərə), "Napoli” (İtaliya), "Dinamo” (Kiyev, Ukrayna), "Fiorentina” (İtaliya), "Legiya” (Polşa), "Olimpiakos” (Yunanıstan), "Sportinq” (Portuqaliya), "Atletik” (Bilbao, İspaniya), "Zenit” (Rusiya).

Səpələnməmişlər: "Vilyarreal” (İspaniya), "Torino” (İtaliya), "Tottenhem” (İngiltərə), "Seltik” (Şotlandiya), PSV (Hollandiya), "Dnepr” (Ukrayna), "Sevilya” (İspaniya), "Volfsburq” (Almaniya), "Yanq Boyz” (İsveçrə), "Olborq” (Danimarka), "Genqam” (Fransa), "Trabzonspor” (Türkiyə), "Anderlext” (Belçika), "Ayaks” (Hollandiya), "Liverpul” (İngiltərə), "Roma” (İtaliya).

Qeyd edək ki, 1/16 finalın püşkatma mərasimi dekabrın 15-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm