İdman
Bir nəfərin özbaşınalığı Azərbaycan xalqını məyus etdi - Prosineçki
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ" - "İnter" oyunu ilə bağlı affa.az saytına fikirlərini bildirib.
Publika.az xəbər verir ki, xorvat məşqçi "Qarabağ"ın qolunu qeydə almayan çexiyalı hakimin qərarını "özbaşınalıq və ağlasığmaz" adlandırıb:
"Azərbaycan futbol tarixinin ən vacib oyunlarından biri idi. İlk dəfə bir Azərbaycan klubu 1/16 final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxınlaşmışdı. "Qarabağ"ın son dəqiqələrdə qaydalara uyğun vurduğu qolu çexiyalı referi qeydə almadı. Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi. Başa düşmürəm, nəyə görə hakim təmiz qolu qeydə almadı?! "Qarabağ" həmin oyunda qalib gəlməliydi. Təəssüf ki, onun bu qərarı azarkeşlərin qəlbində silinməz iz qoydu.
Millinin üzvlərinə gəlincə, dünən bəzi epizodlarda daha yaxşı oynaya bilərdilər. Ümumilikdə götürsək, onların çıxışından razıyam. Onların potensialına bələdəm. Bilirəm ki, dünənkindən də yaxşı oynaya bilərlər. Xüsusilə, gənc oyunçuların potensialını qeyd etmək, onların üzərində işləmək lazımdır. Bilirik ki, onlar bundan da yaxşı oynaya bilərlər. Ad çəkmək istəmirəm. Hamı bilir ki, söhbət kimlərdən gedir. Onlar öz üzərilərində daha çox işləməlidirlər. Aşağı yaş qruplarından ibarət yığmalarda da istedadlı, potensialı yüksək olan uşaqlar var. Onları düzgün istiqamətləndirib bacarıqlarından istifadə etməliyik".
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü