“Dnepr”lilər də “Qarabağ”ın “təmiz qol” vurduğunu etiraf etdi
Bizi izləyin

İdman

“Dnepr”lilər də “Qarabağ”ın “təmiz qol” vurduğunu etiraf etdi

Vaxtilə “Qarabağ”ın şərəfini qoruyan, hazırda “Dnepr”in heyətində Avroliqanın pley-off mərhələsinə yüksəlməyin sevincini yaşayan Sergey Kravçenko həm “Sent-Etyen”lə oyun (1:0) haqda fikirlərini bölüşüb, həm də “Qarabağ” - “İnter” matçından (0:0) danışıb.

Publika.az xəbər verir ki, Kravçenko hakimin “Qarabağ”ın qolunu saymamasına təəccübləndiyini gizlətməyib:

“Bizə xəbər veriləndə ki, “Qarabağ” - “İnter” oyunu 0:0 bitib, sevincimizin həddi-hüdudu yox idi. Biz oyuna qələbə üçün çıxmışdıq. Amma taleyimiz öz əlimizdə deyildi. Bəxtimiz gətirdi. Sonra “Qarabağ”ın hesaba alınmayan qoluna baxdım. Tərtəmiz qoldu! Başa düşə bilmədim ki, hakim qolu niyə qeydə almayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm