Fariz Məmmədovun rəqibini dəyişdilər...
Bizi izləyin

İdman

Fariz Məmmədovun rəqibini dəyişdilər...

"Qəbələ” İK-nın boksçusu bu gün peşəkar rinqdə növbəti döyüşünü keçirməlidir. Yarımorta çəki dərəcəsində (66,678 kq) çıxış edən Məmmədovun Kiyev İdman Sarayındakı rəqibi dəyişib. Buna baxmayaraq, idmançımız Ukraynanın paytaxtı Kiyevdə keçirilən "K2 Promotions” turniri çərçivəsində baş tutacaq 11 görüşdən birinin iştirakçısı olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Qəbələ” İK-dan məlumat yayılıb. Boksçumuz Belarus vətəndaşlığı olan çeçen Xavadji Xatsiqovla qüvvəsini sınamalı olsa da, bu qarşılaşma baş tutmayacaq. Buna səbəb əvvəllər Rusiya bayrağı altında da çıxış etmiş həvəskarlar arasında sabiq Avropa çempionunun Ukraynaya getməkdən imtina etməsidir.

Nəticədə təşkilatçılar Məmmədova yerli idmançılar arasında rəqib axtarmalı olub. Bu üzdən təmsilçimiz ukraynalı Valentin Kutsla döyüşəcək. Reytinq xarakterli döyüş 6 raunddan ibarət olacaq. 180 sm boya malik 34 yaşlı ukraynalı peşəkar rinqdə 2003-cü ildə debüt edib. Bu müddətdə 25 döyüşə çıxan Kuts 8-i nokautla olmaqla, 22 qələbə qazanıb. Lakin Kuts son iki görüşdə rinqi məğlub tərk edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm