Raul: “Onlar Pele və Maradonadan da üstün futbolçudurlar”
Bizi izləyin

İdman

Raul: “Onlar Pele və Maradonadan da üstün futbolçudurlar”

İspaniya millisinin və “Real”ın əfsanəvi futbolçusu Raul Qonzales maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, ispan futbolçu Lionel Messi və Kriştiano Ronaldonun futbol tarixinin ən güclü futbolçuları olduğunu deyib: “Məncə, dünya futbol tarixinin ən güclü futbolçuları Messi və Ronaldodur. Pele və Maradona ilə müqayisədə onlar daha güclüdür. Ronaldonun mənim "Real"dakı 323 qolluq rekordumu da qıracağını düşünürəm. Bu baş verərsə, çox sevinərəm".

Ronaldo və Messi bir müddət əvvəl Raulun Çempionlar Liqasındakı qol rekordunu qırıblar. Hazırda qitənin ən nüfuzlu klub turnirində Messinin hesabında 75, Ronaldonun hesabında isə 72 qol var. Raulun artıq qırılmış əvvəlki rekordu isə 71 qol idi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm