• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Qarabağ” rəsmi şikayət etdi, vitse-prezident İsveçə gedir

  • İdman
  • 13 Dekabr 2014 17:19
  • 934 Baxış
“Qarabağ” rəsmi şikayət etdi, vitse-prezident İsveçə gedir

“Qarabağ”la bağlı qol qalmaqalı böyüyür. Ağdam klubuna qarşı hakim ədalətsizliyi UEFA-da müzakirə olunacaq. Çexiyalı hakimlər briqadasının cəzalandırılacağı gözlənilir.

Klubun vitse-prezidenti Tahir Gözəl bu məqsədlə İsveçrəyə yola düşəcək. T.Gözəl UEFA rəsmiləri ilə danışıqlar aparacaq. Ona hüquqi müstəvidə türkiyəli vəkil kömək edəcək. Klub rəhbərliyi Türkiyədən olan vəkillə müqavilə imzalayıb.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi Tahir Gözəlin İsveçrəyə gedəcəyini təsdiqlədi: “Oyundan sonra 24 saat ərzində şikayət etmək hüququ var. Biz də rəsmi olaraq UEFA-ya şikayət etmişik. Türkiyəli vəkillə müqavilə bağlamışıq. Hazırda o, UEFA-da bizim hüquqlarımızın qorunması ilə məşğuldur. Bundan əlavə, Tahir Gözəl UEFA-ya gedib lazımi adamlarla görüşəcək”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR