Əfsanəvi qardaşlar bir-birini danışdırmır – FOTOLAR
Bizi izləyin

İdman

Əfsanəvi qardaşlar bir-birini danışdırmır – FOTOLAR

Əfsanəvi qardaşlar bir-birini danışdırmır

“MMA” (qarışıq döyüş növləri) üzrə dəfələrlə dünya və Avropa çempionu, hazırda “WMMAA”-nın fəxri prezidenti olan Fyodr Yemelyanenko ilə bağlı məlumat yayılıb.

Publika.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əfsanəvi idmançı qardaşı Aleksandr Yemelyanenko ilə küsülüdür. Belə ki, jurnalistlər Fyodra qardaşı ilə bağlı sual veriblər. O isə, Aleksandrla bağlı suala cavab verməkdən imtina edib:

“Uzun müddətdir onunla danışmıram və görüşmürəm. Bizim aramızdakı münasibətlər soyuyub. Onun öz həyat yolu var, mənim öz. Ona görə Aleksandrla bağlı suallara cavab vermək mənim üçün çətindir”.

Qeyd edək ki, Aleksandr intizamsız və qalmaqallı idmançı kimi tanınır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm