İdman
“Bakı“nın meneceri: “Məbləği açıqlaya bilmərəm“-MÜSAHİBƏ
- Kuboku qazandınız. Ölkə çempionu "Neftçi" ilə baş tutmuş final barədə fikirlərinizi bilmək maraqlı olardı…
- Qarşılaşma çox gərgin keçdi. "Bakı" öz gücünü sübut etdi. Avropa kuboklarında oynamağa layiq olduğumuzu isbatladıq. Çox istəyirdik ki, kubokun qalibi kimi qitəmiqyaslı turnirə yollanaq. İstəyimizə çatdıq. Bütün söz-söhbətlərə son qoyduq.
- Çətin oyuna komandanı necə kökləyə bilmişdiniz?
- Çempionatı 6-cı yerdə başa vurmaq "Bakı" üçün faciədir. Biz hər mövsüm həm çenmpionatı, həm də kuboku qazanmağı qarşıya məqsəd qoyuruq. Bir cəbhədə uğursuz çıxış etdiyimiz üçün bütün diqqəti kuboka yönəltdik. Futbolçuların vəzifəsi turnirin qalibi olmaq idi və onlar bunun öhdəsindən gəldilər.
- Avropa Liqasında uğurlu çıxış etmək məqsədi ilə yeni transferlər olacaqmı?
- Mütləq. Axsayan mövqelərimiz var. Misal kimi, hücum xəttini göstərə bilərəm. Bundan başqa, digər mövqelərə də futbolçuların transferi mümkündür. Sözsüz ki, transfer siyasətində ilk növbədə yerli oyunçulara üstünlük verəcəyik. Digər tərəfdən səviyyəli legionerlərin gətirməyə çalışacağıq. Avropada öz sözümü deməliyik.
- Qələbəyə görə mükafat olacaqmı?
- Əlbəttə. Hər şey klub prezidentinin qərarından asılıdır. İndi məbləğ söyləyə bilmərəm. Bakı həmişə futbolçuların uğurunu qiymətləndirib.
- Novruz Əzimov komandaya kuboku qazandırdı. Onunla işbirliyini davam etdirəcəksiniz, yoxsa?
- Bu məsələ yaxın günlərdə öz təsdiqini tapacaq. Əgər yerli mütəxəssisə üstünlük verəcəyiksə, bu, Norvuz Əzimov olacaq. Əcnəbi məşqçi dəvət etsək, kifayət qədər təcrübəli və güclü mütəxəssislə müqavilə imzalayacağıq. Lakin hətta bu halda da Novruz müəllim məşqçilər korpusunda təmsil olunacaq.
Ceyhun
Publika.Az
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular