Qalmaqallı oyunu “Beşiktaş” qazandı
Bizi izləyin

İdman

Qalmaqallı oyunu “Beşiktaş” qazandı

Qalmaqallı oyunu “Beşiktaş” qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turda keçirilən, amma yenidən oynanılmasına qərar verilən qarşılaşması baş tutub. Publika.az xəbər verir ki, "Kasımpaşa" doğma meydanda "Beşiktaş"la qarşılaşıb.

Xatırladaq ki, 15-ci turda keçirilən, 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatan qarşılaşmada çox ciddi qayda pozuntusuna yol verilmişdi. Məhz bu üzdən Türkiyə Futbol Federasiyası matçın yenidən keçirilməsinə qərar vermişdi.

Nəhayət, ötən gecə baş tutan təkrar qarşılaşma "Beşiktaş"ın inamlı qələbəsiylə başa çatıb.

Türkiyə Super Liqası

15-ci turun oyunu

11 fevral

Kasımpaşa - Beşiktaş - 0:3

Qollar: Almeyda, 26, Franko, 34, V.Kavlak, 44.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm