• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qurban Qurbanov “Qarabağ“ı dağıdır

  • İdman
  • 14 May 2012 12:27
  • 178 Baxış
Qurban Qurbanov “Qarabağ“ı dağıdır

Avrokuboklara vəsiqə qazana bilməyən Ağdamın "Qarabağ" komandası Bakı küçələrini xatırladır. Ardıcıl 3 mövsüm qitəmiqyaslı yarışlarda mübarizə aparmış kollektiv bu il analoji nəticəyə imza ata bilməyincə, daxili çaxnaşmalar baş qaldırdı.

Başqa sözlə, "Qarabağ" dağıdılır və yenidən yığılır. Əvvəlcə kapitan Rəşad Sadiqov gözlənilmədən "Neftçi" ilə anlaşdı. Düşünmək olardı ki, bu, bir təsadüfdür. Ancaq komandanının hücum xəttinin liderlərindən olan Rauf Əliyevin də transferə çıxarılması baş məşqçi Qurban Qurbanovun ciddi islahatlara əl atmasından xəbər verir.

Əldə etdiyimiz informasiyaya görə, Qurbanov Raufun "ulduz xəstəliyi"nə tutulduğunu və bu üzdən də rəhbərlikdən onun transferə çıxarılmasını tələb edib. Nəzərə alsaq ki, gənc forvardın "Qarabağ"la hələ 1 illik müqviləsi var, onu transfer etmək istəyən komanda əməlli-başlı (təqribən 200 min dollar) tərləməli olacaq.

Ceyhun

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR