Güləşi üzrə Azərbaycan çempionatı davam edir
Bizi izləyin

İdman

Güləşi üzrə Azərbaycan çempionatı davam edir

“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.

Proqrama əsasən, yarışın ikinci günü sərbəst güləşçilər arasında 86, 97 və 125 kiloqram, yunan-Roma güləşçiləri arasında isə 59, 66 və 71 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparırlar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Bununla yanaşı, görüşlərin obyektiv idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə edilir. Azərbaycan çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə ediləcək.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkənin yığma komandasının heyətinə cəlb ediləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm