"Qarabağ" məğlub oldu, "Neftçi" qalib gəldi - VİDEO
Bizi izləyin

İdman

"Qarabağ" məğlub oldu, "Neftçi" qalib gəldi - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

Publika.az xəbər verir ki, növbəti matç günündə azarkeşlər 3 qarşılaşma izləyib.

Günün ilk oyunu “Bakı” ilə “Xəzər Lənkəran” arasında baş tutub. Türk məşqçilərin duelində kimin qalib gələcəyi maraqla gözlənilsə də, hesab açılmayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Avroliqa ilə vidalaşan, lider “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin xeyrinə başa çatıb - 2:1.

Tura “Neftçi” - “Sumqayıt” matçı ilə yekun vurulub. Son 3 görüşdə heç-heçə edən paytaxt klubu nəhayət ki, çətinliklə də olsa sumqayıtlıların iradəsini sındıra bilib - 3:2.

14 dekabr

14:00. “Bakı” – “Xəzər Lənkəran” 0:0

I dövrədəki oyun – 0:4

Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "Bakı"-nın təlim-məşq bazasının stadionu

15:00. “Qəbələ” – “Qarabağ” 2:1

Qollar: Bəxtiyar Soltanov, 46, Dodo 60 - Namiq Ələsgərov 22

I dövrədəki oyun – 0:2

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Gülağa Cabbarov

Qəbələ şəhər stadionu

17:00. “Neftçi” – “Sumqayıt” 3:2

Qol: Ruslan Qurbanov 51,73, Araz Abdullayev 56 - Orxan Əliyev, 34, 63

I dövrədəki oyun – 1:0

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Asim Xudiyev

“Bakcell Arena”

"Qəbələ" - "Qarabağ" qarşılaşmasında vurulan qolların videosu:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm