• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Mirşahinin “Qarabağ”a aid sujeti qadağan edildi - VİDEO

  • İdman
  • 15 Dekabr 2014 00:11
  • 3 040 Baxış
Mirşahinin “Qarabağ”a aid sujeti qadağan edildi - VİDEO

ANS-də yayımlanan həftəlik "Hesabat" verilişindəki "Qarabağ" - "İnter" oyunu ilə bağlı Mirşahin Ağayevin hazırladığı sujetin "Youtube" portalında yayımı qadağan olunub.

Publika.az xəbər verir ki, sözügedən sujet "Youtube" portalına yerləşdirilsə də, bir neçə dəqiqə sonra silinib. Portalda sujetə baxmaq istədikdə istifadə olunan materialların müəllif hüquqları UEFA-ya məxsus olduğu əsas gətirilərək portal tərəfindən girişin qadağan edildiyi bildirilir.

Publika.az həmin sujetin mətnini təqdim edir:

Mirşahin: "Qarabağ doğrudan oyunların Qurbanıdı"

"Əvvəlcə onu deyim ki, Qurban Qurbanova və onun uşaqlarına təşəkkürümüzü bildirməliyik. Və təkcə milli topumuzu ayaqlar altında tapdalanmaqdan qurtardığına görə yox. Qurban və onun komandası doğrudan da hər şeyi etdi. Amma sonda beynəlxalq ədalət işləri korladı. Təmiz qol vurduq və kirli hakim onu batırdı".

Əlbəttə burada mübahisə etmək də, “İnter”li oyunçunun topa toxunaraq onu qapıya yönəltdiyi və bununla da qolun sayılmalı olduğu barədə etirafını qəribçiliyə salmaq da olar. Amma paralel oyunda, “Sent-Etyenin Dnep”rə vurduğu və heç-heçə vəziyyəti yaratdığı təmiz qolu da hakimlər saymayıb.

Oyun heç-heçə bitsəydi “Qarabağ” bütün hallarda irəliləyəcəkdi. Hətta Bakıdakı ədalətsiz heç-heçə təqdirində belə. İndi kim məni inandıra bilər ki, hər iki təmiz qol məhz “Qarabağ”ın play-offa çıxmaması üçün hesaba alınmayıb... Qarabağ doğrudan oyunların Qurbanıdır.

Həmişə belədir. Bizim təmiz qolumuzu hansısa kirli əl mütləq batırır... Və sonra da bu əllər gedir BMT-də qətnamə filan yazmağa..."

Aşağıdakı isə qadağan edilmiş videodur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR