Belçikada ilin idmançısı “Çelsi”li oldu
Bizi izləyin

İdman

Belçikada ilin idmançısı “Çelsi”li oldu

“Çelsi”nin qolkiperi Tibo Kurtuanın 2014-cü ildə əldə etdiyi uğurlar ölkəsində yüksək qiymətləndirilib.

Publika.az xəbər verir ki, gənc qapıçı Belçikada ilin idmançısı seçilib. Kurtua təqvim ilinin birinci hissəsində “Atletiko”yla İspaniya çempionu olmuş və Çempionlar Liqasında final oynamışdı.

Yayda Braziliyada keçirilən dünya çempionatında Belçika millisinin əsas qapıçısı da o oldu. Cari mövsümə “Çelsi”də başlayan Tibo Premyer Liqada keçirdiyi 15 oyunun altısında qapısını toxunulmaz saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm