İstanbul nəhəngləri büdrəmədi
Bizi izləyin

İdman

İstanbul nəhəngləri büdrəmədi

Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda "Fənər" "Sivasspor"u 4:1 hesabı ilə darmadağın edib.

Son günlər uğursuzluq zolağına düşən "Qalatasaray" səfərdə "Konyaspor"un daşını daş üstə qoymayıb.

“Beşiktaş” da turu qələbəylə başa vurub. “Qartallar” “Qaziantepspor”u 1 qolla yenərək turnir cədvəlində liderliyini qoruyub.

Superliqa, 13-cü tur

12 dekabr

Fənərbaxça - Sivasspor 4:1

İrtegün, 3. Sou, 14; 65. Kuyt, 39 - Çaheçoue, 13.

13 dekabr

Başakşəhər - Balıkəsirspor 1:0

Semih Şəntürk, 73.

Akhisar - Gənclərbirliyi 1:1

Gekas, 66 - Tomiş, 79.

Kasımpaşa - Əskişəhərspor 1:0

Kastro, 30.

Konyaspor - Qalatasaray 0:5

Bulut, 16. Çolak, 23. Yılmaz, 37; 57. Altıntop, 62.

14 dekabr

Karabükspor - Bursaspor 3:2

Viola, 20; 56-p. Traore, 92 - Bakambu, 27. Fernandao, 43.

Mersin - Ərciyəsspor 1:1

Futaks, 36 - Karaer, 48.

Qaziantepspor - Beşiktaş 0:1

Oğuzhan Özyakup, 64.

“Trabzonspor” - “Rizəspor” matçı bu gün oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm