“Klassiklər” döyüşəcək: 300 milyon dollar gəlir gözlənilir
Bizi izləyin

İdman

“Klassiklər” döyüşəcək: 300 milyon dollar gəlir gözlənilir

Dünyanın ən məşhur iki boksçusu Floid Mayveater və Manni Pakuyao münasibətlərini rinqdə aydınlaşdıracaq.

Publika.az xəbər verir ki, döyüş mayın 2-ə planlaşdırılır.

Boksun ən böyük qarşılaşması hesab olunan döyüş fantastik məbləğdə gəlir gətirəcək. Belə ki, bilet satışından və yayımdan gələn gəlirin 300 milyon dollar olacağı gözlənilir.

Peşəkar karyerası ərzində heç kimə yenilməyən Mayveater illərdi hər kəsin maraqla gözlədiyi döyüşün baş tutacağını təsdiq edib. O, açıqlamasında 5 ildi keçirilməsi gözlənilən döyüşdən əvvəl rəqibinə meydan oxuyub.

Qeyd edək ki, Manni Pakuyao ötən ay Kris Algeiriyə məğlub olduqdan sonra Mayveaterlə döyüşmək istədiyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm