• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Amansız püşk: “Çelsi” yenə PSJ-yə, “Barselona” MS-yə rəqib oldu

  • İdman
  • 15 Dekabr 2014 15:21
  • 509 Baxış
Amansız püşk: “Çelsi” yenə PSJ-yə, “Barselona” MS-yə rəqib oldu

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, yazda bizi olduqca maraqlı qarşılaşmalar gözləyir. PSJ və “Çelsi” ştən mövsüm 1/4 finalda qarşılaşmışdı. “Mançester Siti” isə 1/8 finalda “Barselona” səddini keçə bilməmişdi.

1/8 final mərhələsində iştirak edəcək 16 komanda 8 ölkəni təmsil edir. Bu mərhələdə Almaniya 4, İngiltərə və İspaniya 3, Fransa 2, Portuqaliya, İtaliya, İsveçrə və Ukrayna isə 1 klubla təmsil olunacaq. Püşkatmada eyni qrupda yer almış və eyni ölkəni təmsil edən klublar bir-biri ilə qarşılaşa bilməzlər.

1/8 final

PSJ (Fransa) - “Çelsi” (İngiltərə)

“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya)

“Bayer” (Almaniya) - “Atletiko” M (İspaniya)

“Yuventus” (İtaliya) - “Borussiya” D (Almaniya)

“Şalke” (Almaniya) - “Real” (İspaniya)

“Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya)

“Arsenal” (İngiltərə) - “Monako” (Fransa)

“Bazel” (İsveçrə) - “Portu” (Portuqaliya)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR