ŞAD XƏBƏR: “UEFA “Qarabağ”ın məhkəmə tələbini qəbul etdi”
Bizi izləyin

İdman

ŞAD XƏBƏR: “UEFA “Qarabağ”ın məhkəmə tələbini qəbul etdi”

UEFA "Qarabağ"in məhkəmə tələbini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Lider TV və “Ladies of "Qarabağ" fan klubuna açıqlamasında klubun vəkili Gurur Qaye Günal məlumat verib:

"UEFA-dan xəbər gəlib. Məhkəmə tələbimiz qəbul edilib. Məhkəmə günü fevralın 5-nə təyin olunub. Məhkəmədə haqqımızın pozulduğunu və bununla əlaqədər olaraq iclas keçirilməsini tələb edəcəyik”.

Məlumatı dəqiqləşdirmək üçün klubun vəkili ilə əlaqə saxladıq. Qayə xanımın cavabı belə oldu:
“UEFA ilk mərhələdə məhkəmə tələbimizi rədd etməyərək qəbul etdi. Bu, müsbət bir xəbərdir. Hadisələrlə bağlı yaxın vaxtda məlumat verəcəm. İndi məhkəmə gününün irəli çəkilməsi üçün təcili ərizə hazırlamaq lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm