O, necə dəyişdi? - VİDEO
Bizi izləyin

İdman

O, necə dəyişdi? - VİDEO

Joze Mourinyonun dövründə “Real” daha aqressiv futbol oynayırdı. Əsasən də “Barselona”yla qarşılaşmalarda Madrid klubunun futbolçuları əsəblərinə hakim ola bilmirdi. Xatırlayırsızsa, “El-Klassiko”larda ya Pepenin, ya da Serxio Ramosun sarı, qırmızı vərəqə alması adi hala çevrilmişdi.

Publika.az xəbər verir ki, Pepenin oyununda müsbət mənada dəyişiklik hiss olunur. Karlo Ançelottinin rəhbərliyi altında daha “sakit” futbol oynayan “kral klubu”nda “qırmızı”ların da sayı azalıb.

Məsələn, 2011/12 mövsümündə 5, 2012/13-də isə 6 “qırmızı”yla yadda qalan “Real” Ançelottinin gəlişindən sonra “kobudluğu” azaldıb. Ötən mövsüm cəmi 3 oyunçusu meydandan qovulan “Kral klubu”nun heyətində bir futbolçunun “ağıllanması” xüsusi diqqət çəkir.

Pepenin ötən mövsümlərdə rəqiblərə qarşı necə kobud oynadığını görmüşük. Xüsusi amansızlıqla qarşısındakını təpikləməkdən belə çəkinməyən portuqaliyalı müdafiəçi cari mövsümdə 15 oyunda bir dənə də sarı vərəqə almayıb. Təəccüblənməmək olmur. Amma statistika göstərir ki, Pepe həqiqətən də dəyişib. Məsələn, o, komanda yoldaşı Serxio Ramosla (25 fol) müqayisədə 5 dəfə az qayda pozuntusuna yol verib. Onun aktivində hələ ki, sarı vərəqə yoxdu...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm