• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kamran Ağayev: “Mən Kantona deyiləm...”

  • İdman
  • 16 Dekabr 2014 11:00
  • 942 Baxış
Kamran Ağayev: “Mən Kantona deyiləm...”

"Qəbələ"nin və Azərbaycan millisinin qapıçısı Kamran Ağayev son zamanlar azarkeşlər və jurnalistlərlə yaşadığı problemlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Ağayev etdiyi hərəkətlərin heç də hamıya aid olmadığını bildirib:

"Mən öz ünvanıma artıq-əskik sözləri qəbul edə bilmirəm. Qoy məndən işimi tələb etsinlər, artıq şeylər yox. Mənim Qurbanovla heç bir problemim olmayıb. Çünki yığmaya ona görə getməmişdim.

Jurnalistlərə gəlincə, məni də düzgün başa düşün. Oyundan sonra mətbuata danışmağa hazıram. Amma jurnalistlər arasında elələri var ki, onlarla danışmaq istəmirəm. Hərə özünə bir sayt açır, sensasiyalı xəbərlər yayır. “Xəzər Lənkəran”la oyundan sonra məyus idim, amma jurnalisti söyməmişəm. Sadəcə, danışmaq istəmədiyimi bir az sərt şəkildə dilə gətirdim. Mən sabah oyuna çıxmağa hazırlaşıram, sual verirlər ki, klubun səni qovmaq istəyir. Bunu heç bir futbolçu bəyənməz".

Kamran "Xəzər Lənkəran"la oyundan sonra lənkəranlı azarkeşləri söyməsi məsələsinə də münasibət bildirib: "Oyundan sonra lənkəranlı azarkeşlərə yaxınlaşdım və bildirdim ki, kimlər mənim ünvanıma nə söyüşlər səsləndirirsə, mən də onları sizin ünvanınıza göndərirəm. Çünki onların mənə dediyi sözlərə layiq deyiləm. Mən Erik Kantona deyiləm ki, azarkeşlərə hücum edim".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR