• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mükafatlandırma mərasimində qalmaqal

  • İdman
  • 16 Dekabr 2014 11:15
  • 319 Baxış
Mükafatlandırma mərasimində qalmaqal

İtaliya futbolunda 2014-cü ilin ən yaxşıları bəlli olub.

Publika.az xəbər verir ki, “Gran Gala del Calcio” mərasimində İtaliya futbolunun ən yaxşıları mükafatlandırılıb. Mükafatların böyük hissəsi “Yuventus”un futbolçularına qismət olub. Andrea Pirlo ilin ən yaxşı oyunçusu seçilib.

Canluici Buffon ən yaxşı qapıçı, İtaliya yığmasının baş məşqçisi Antonio Konte isə ən yaxşı məşqçisi adına layiq görülüb. Ən yaxşı hücumçu Qonsalo İquayn hesab olunub. Ancaq “Napoli”nin prezidenti Laurenti Aurelio mərasimi boykot edib.

İlin rəmzi yığmasına “Yuventus”un yeddi futbolçusu düşüb. Pirlo, Buffon, Asamoa, Poqba, Bartsalyi, Vidal və Tevesə Çiro İmmobile, Qonsalo İquayn, Matteo Darmian, Mehdi Benatia da qoşulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR