“Real”ın oyunçusu ilin ən yaxşısı seçildi
Bizi izləyin

İdman

“Real”ın oyunçusu ilin ən yaxşısı seçildi

Fransada ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, “Real”ın futbolçusu Kərim Benzema 2014-cü ildə Fransanın ən yaxşı futbolçusu seçilib. Ona mükafatı “Real”ın baş məşqçisi Karlo Ançelotti təqdim edib.

“France Football”ın versiyasına görə, 2-ci yeri “Yuventus”lu Pol Poqba tutub. “Real”lı Rafael Varan isə 3-cü pillədə qərarlaşıb.

2014-cü ildə Kərim Benzema “Real”ın heyətində İspaniya kubokunu, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb. O, dünya çempionatında da uğurlu olub. Benzema Braziliyada Fransa millisinin heyətində 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm