Asiyada baş məşqçini icarəyə verdilər
Bizi izləyin

İdman

Asiyada baş məşqçini icarəyə verdilər

Hər şeyi eşitmişdik, məşqçilərin icarəyə verilməsi xəbəri ilk dəfə Asiyadan gəldi.

Publika.az xəbər verir ki, “Qətər” idman klubu baş məşqçisi Radxi Şenayşili İraq millisinə icarəyə verib. O, Asiya oyunlarında İraq yığmasını çalışdıracaq.

Bunun üçün 48 yaşlı Şenayşil məzuniyyət götürüb. Qətər klubunun bəyanatında deyilir:

“Ərəbistanın idman dünyasında əməkdaşlıq ruhunu möhkəmləndirmək üçün İraq Futbol Assosiasiyasına belə bir təklif irəli sürdük”.

Şenayşil 2009-cu ildə İraqı çalışdırıb. Futbolçu kimi 1996-cı ildə Asiya kubokunun rəmzi yığmasına da düşüb.

Xatırladaq ki, Asiya kuboku-2015-də D qrupunda yer alan İraq millisinin rəqibləri Yaponiya, Fələstin və İordaniya olacaq. Turnir yanvarın 9-31-i aralığında Avstraliyada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm