AFFA-da fövqəladə iclas-(Yenilənib)- FOTOREPORTAJ
Bizi izləyin

İdman

AFFA-da fövqəladə iclas-(Yenilənib)- FOTOREPORTAJ

AFFA-da fövqəladə toplantı

Bu gün AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, PFL prezidenti Ramin Musayevlə klubların baş məşqçiləri - Qurban Qurbanov (Qarabağ),

Böyükağa Hacıyev (Neftçi), Kaxaber Tsxadadze (İnter), Mustafa Dənizli (Xəzər Lənkəran), Georgi Çixradze (Simurq), Vaqif Sadıqov (AZAL), Güvenç Kurtar (Rəvan) və Aqil Məmmədov (Sumqayıt) arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqasının 2014-2015-ci il mövüsümü üçün legioner limiti ilə bağlı qəbul etdiyi qərarla bağlı məşqçilər fikirlərini bildirib,

İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub.

Millinin baş məşqçisi Berti Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüblər.

***

Azərbaycan Premyer-Liqasında çıxış edən klubların baş məşqçilərini təcili olaraq AFFA-ya toplayıblar.

Publika.az xəbər verir ki, fövqəladə toplanışın məqsədi AFFA-nın növbəti konfransı öncəsi mühüm məsələlərdən biri ilə bağlı klubların mövqeyini öyrənməkdi.

Növbəti mövsümdən klublar heyətdə ən azı iki 21 yaşadək futbolçu oynatmalıdı. Amma bəzi elita təmsilçiləri bununla razılaşmır. Klublar 21 yaşa qədər futbolçu qıtlığını önə çəkib buna etiraz edirlər.

AFFA klubların çalışdırıcılarını fikrini öyrənmək istəyir ki, qarşıdan gələn konfransda hər kəsi razı salacaq qərar qəbul olunsun.

Müzakirələrdə yığmamızın baş məşçqisi Berti Foqts da iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm