• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Qəbələ" hazırlıqlara başladı - üç itkiylə

  • İdman
  • 17 Dekabr 2014 12:19
  • 300 Baxış
"Qəbələ" hazırlıqlara başladı - üç itkiylə

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində dekabrın 18-də Sumqayıtda eyniadlı komanda ilə üz-üzə gələcək “Qəbələ” matçın hazırlıqlarına start verib.

Publika.az xəbər verir ki, "Qarabağ"la oyundan sonra bir gün istirahət edən, ardından isə Bakıya üz tutan “qırmızı-qaralar” dekabrın 16-dan məşq prosesini bərpa edib.

Hazırlıqlarını paytaxtda keçən “Qəbələ” istirahətdən sonra ilk məşqini ADBTİA-nın stadionunda keçirib. Məşqə əməliyyat olunan Ruslan Əmircanovla yanaşı, zədəli Viktor Mendi və Vladimir Levin də qatılmayıb. Bu gün də Bakıda məşq edəcək komanda matçın hazırlığını “Bayıl Arena”da tamamlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR