50 milyon dollarlıq sirr - Fətullah Gülən prezidentdən nə tələb edib?
Bizi izləyin

İdman

50 milyon dollarlıq sirr - Fətullah Gülən prezidentdən nə tələb edib?

“Fənərbağça”nın prezidenti Aziz Yıldırımın oyun “alqı-satqısı” işi ilə bağlı yeni iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, “Milliyet” qəzetinin iddiasına görə, Yıldırımın həbsində və bitməyən məhkəmə işində Fətullah Gülən tərəfdarlarının böyük əməyi var.

Məsələ ilə bağlı Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Atilla Gökçe yazıb. O, köşəsində “Qalatasaray”ın indiki prezidenti Duygun Yarsuvatın o proses ilə bağlı bir sözünü qeyd edib. Türkiyəli yazar Gökçə eşitdiyi söhbətə istinadən Fətullah Gülən qrupunun Əziz Yıldırımdan 50 milyon dollar istədiyini, pul verilmədiyi üçün məlum məhkəmə prosesinin başlandığını bildirib:

Atilla Gökçənin köşəsinin bir qismini təqdim edirik:

“Keçən həftə çərşənbə gecəsi dostlarım Mehmet Ayan və İlqaz Çinarla birlikdə “Qalatasaraylılar evi”nə, onların dili ilə cəmiyyətə qonaq olduq. “Qalatasaray” basketbol komandasının keçən ilin finalında son “Fənərbaxça” qarşılaşmasına çıxmaması ilə əlaqədar olaraq olimpiya prinsiplərinə zidd hərəkət edildiyini, Koç Engin Armanla oyunçuların idman etmək hüququnun pozulduğunu, məhkəməyə verəcəkləri təqdirdə yüksək məbləğdə təzminat ala biləcəklərini bildirdim.

Sonradan söhbət əsnasında Yarsuvatın xüsusilə “Fənərbağça”nın prezidenti barədə dedikləri diqqətimi çəkdi:

“Əziz Yıldırım 6222 saylı (İdmanda zorakılıq və nizamsızlığın qarşısının alınması barədə) qanun çərçivəsində mühakimə olundu. Onun birinci instansiya məhkəməsində mühakimə olunması qanun çərçivəsində idi. Amma “Giresunspor”un sabiq prezidenti Olqun Pekerlə bağlı iddialardan sonra hadisəni “mütəşəkkil cinayət” kimi gördülər və ağır cəza verdilər. Məncə, səhv qərar idi”.

Yarsuvatdan “bəs prezidentə niyə belə torba tikildi? - deyə soruşdum.

Bu fikirləri səsləndirdi:

“Fətullah Gülən qrupu Əziz Yıldırımdan 50 milyon dollar istədi. Əziz Yıldırım da, “Fənərbağça” da bu məbləği vermədi. Ondan sonra məlum proses başladı. Hələ də istintaq davam edir!

Prezident Yarsuvat bunları söyləyərkən "Fənərbağça"ya "qalatasaray"lılar kimi "düşmən" və ya "rəqib" gözüylə baxmırdı. Kədərli və səmimi bir rəftarla sanki qonşusunun başına gələn bir fəlakətdən söz açırdı.

Onunla mübahisə etmədim. 50 milyon dolların hədiyyə, yoxsa dəstək olaraq tələb edildiyini soruşmadım. Öz məntiqimlə bunun cavabını da tapa bilmədim.

2013-cü il iyunun 2-də Əziz Yıldırımın həbsdən çıxdıqdan sonra “Hürriyet”in yazarı Ertuğrul Özkökə başına gələnlərin Fətullah Gülən qrupunun işi olduğunu, ertəsi gün isə dediklərini təkzib etdiyini də xatırlayıram.

Bir də Əziz Yıldırımın tez-tez təkrarladığı bir ifadə var: “Vaxtı gələndə danışacam, Türkiyədə qalmaqal yaradacaq açıqlamalar verəcəm”.

Duyğun Yarsuvatın dediklərini yazmamışdan əvvəl zəng vuraraq, ondan izn istədim. “Əlbəttə, yaza bilərsiniz” - dedi. Təşəkkür etdim...”.

Yarsuvat kimi bir hüquqşünasın və ya idmançı bir hüquq adamının dedikləri ortada qalmamalıdır. Başda "Fənərbağça" prezidenti Əziz Yıldırım olmaqla, bu işdə məlumatı olan kim varsa susqunluğu pozmalı və doğruları açıqlamalıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm