Superkubok oyunu Bakıda keçiriləcək
Bizi izləyin

İdman

Superkubok oyunu Bakıda keçiriləcək

Tarixində ikinci dəfə Azərbaycan çempionu olan “Qarabağ” kolleksiyasına daha bir titul əlavə edə bilər. Bunun üçün ağdamlılar “Neftçi” ilə superkubok matçında üz-üzə gəlməlidi. Bundan da əvəl superkubok uğrunda oyun keçirilməlidi.

Publika.az xəbər verir ki, Azərbaycan kubokunun sahibi olan “Neftçi” və çempion “Qarabağ” arasında oyunun yanvarda Türkiyədə keçirilməsi planlaşdırılırdı. Amma Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu istəyin baş tutmayacağını bildirib. Bu üzdən plan dəyişib. Musayevin sözlərinə görə, Türkiyə variantı alınmadığı üçün oyun Bakıda keçiriləcək: “Təbii ki, Superkubok matçını keçirmək fikrimiz var. Sadəcə, Türkiyə variantı alınmayacaq. İstəyimiz baş tutmadı. Buna görə də, “Qarabağ” və “Neftçi” komandalarının görüşü elə Bakıda keçiriləcək”.

Superkubok matçının hansı tarixdə keçiriləcəyi isə hələlik dəqiqləşməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm