Əfsanəvi futbolçunun çəkildiyi reklam qadağan edildi-VİDEO
Bizi izləyin

İdman

Əfsanəvi futbolçunun çəkildiyi reklam qadağan edildi-VİDEO

Əfsanəvi futbolçunun çəkildiyi reklam qadağan edildi

Böyük Britaniyanın reklam standartları komitəsi “Mançester Yunayted”in əfsanəvi futbolçusu Erik Kontananın çəkildiyi “Kronenbourg” pivəsinin reklamına qadağa qoyub.

Publika.az xəbər veriri ki, komitə “yetərli məlumatın verilməməsini” əsas gətirərək bu addımı atıb. Reklam çarxında göstərilir ki, bu, Fransa pivəsidir. Yalnız reklam çarxının sonunda xırda şriftlərlə pivənin İngiltərədə istehsal olunduğu gösərilir.

Digər tərəfdən, komitə araşdırıb ki, reklam çarxında pivənin Fransada yetişdirilən mayaotundan alındığı göstərilsə də, əslində belə deyil.

Qeyd edək ki, reklam roliki yumoristik xarakterlidi və internetdə olduqca populyardı. Qadağan olunan reklam çarxını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm