Braziliyalılar futbolçuya dəyər vermir
Bizi izləyin

İdman

Braziliyalılar futbolçuya dəyər vermir

Yəqin razılaşarsız ki, futbol dünyanın ən populyar idman növüdü. Amma bəzi ölkələrdə futbolçuların əməyi layiqincə qiymətləndirilmir.

Publika.az xəbər verir ki, futbolun ikinci vətəni hesab edilən Braziliyada bu oyunun ustaları ilin laureatı ola bilmir. Futbolla daha çox tanınan Almaniya, Portuqaliya kimi ölkələrdə də futbolçular çox vaxt diqqətdən kənarda qalır.

Belçikada bu tilsimi Tibo Kurtua qırdı. Hazırda “Çelsi”nin şərəfini qoruyan qapıçının ötən mövsüm “Atletiko”da uğurlu mövsüm keçirməsi və dünya çempionatında yaxşı təsir bağışlaması həmvətənlərinin futbola münasibətini dəyişdi.

2014-cü ilin son akkordlarıdı. Təbii ki, hər ölkədə ilin idmançıları seçilir. Biz isə futbolçuları arxa planda saxlayan ölkələrin seçiminə nəzər salacağıq.

Avstraliya

Son qalib: Karolin Byukenan, velosiped idmanı

Braziliya

Son qalib: Artur Zanetti, gimnastika

Macaristan

Son qalib: Daniel Dyurta, üzgüçülük

Almaniya

Son qalib: Robert Hartinq, disk atma

Danimarka

Son qalib: Mayya Yaqer, kamandan ox atma

Hindistan

Son qalib: Ronyan Sodxi, atıcılıq

Keniya

Son qalib: Devid Rudişa, yüngül atletika

Latviya

Son qalib: Martinş Dukurs, skeleton

Litva

Son qalib: Ruta Meylutite, üzgüçülük

Moldova

Son qalib: Kristina Yovu, ağır atletika

Portuqaliya

Son qalib: Ruy Koşta, velosiped idmanı

Serbiya

Son qalib: Emir Bekriç, yüngül atletika

Ukrayna

Son qalib: Boqdan Bondarenko, hündürlüyə tullanma

Estoniya

Son qalib: Nikolay Novoselov, qılıncoynatma

CAR

Son qalib: Kameron Van Der Burq, üzgüçülük

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm